Evdə bişən asan reseptlər🍰🎂🍔🍩 (sevdiyim_dadlar) instagram фото и видео

Evdə bişən asan reseptlər🍰🎂🍔🍩

💕PEŞƏKAR DEYİL💕 💜 HƏVƏSKAR BİR QIZIN💜 💕SEVDİYİ DADLAR💕

Количество подписчиков: 1,761
Место в рейтинге подписчиков: 0
Количество лайков на постах: 13,503
Место в рейтинге лайков: 0

🌷Bolqar bibər turşusu🌷
SABAHINIZ  XEYİR əziz izləyicilərimm bu gün fərqlilik edib turşu resepti paylaşıram.Evdə bolqar bibəriniz çoxdusa bu cür turşu qoyub nuş edin .Reseptdə duzun,sirkənin miqdarını yazsamda sizin ağız dadınıza necə uyğun gəlirsə o cür edin.
@sevdiyim_dadlar
@sevdiyim_dadlar
4 kq içi çıxarılmış bolqar bibər
8 diş sarımsaq
4 ədəd dəfnə yarpağı
yarım dəstə cəfəri
Qurudulmuş şüyüd 
8 x/q sirkə
7 x/q duz
Hazırlanması:Bibərləri yuyub içini çıxardıb 4 yerə bölürük.1gecə bibərləri duzlu, sirkəli suda(5 x/q sirkə,7x/q duz) saxlayırıqki acı suyu çıxsın .seheri o suyu töküb bibərləri bankaya yığıb yazdığım reseptdə ki ərzaqları əlavə edib sıx sıx yığırıq ən axırda ,başqa qabda duzunu tənzimləyib sirkəsinidə əlavə edib bibərin üzərinə əlavə edirik.sərin yerdə saxlayın 1 həftə sonra açıb nuş edə bilərsiz.Çox dadlı xırt-xırt olur.
 18 августа 2019 г.
🌷🌷CEMLİ PİROQ🌷🌷
SALAM əziz izləyicilərim bu gün yupyumşaq piroq resepti paylaşıram.Bunnan əvvəlki paylaşımda gavalı ceminin  hazırlanmasını paylaşmışdım.Bu piroqda da həmən cemdən istifadə etdim.Fikirlərinizi və suallarınızı yaza bilərsiz.😊
@sevdiyim_dadlar
@sevdiyim_dadlar
🌷🌷🌷XƏMİRİ:
4 yumurta
1.5 st qatıq
1.5 st pesoq
1 st duru yağ
4-4.5 st un
2 qabartma
1 vanil
1-1.5 st cem
🌷🌷🌷Hazırlanması:
Un+ pesoq +yağ+vanil=umac edilir.
Yumurta+qatıq+qabartma=yaxşı çalınır.sonra umacın üstünə əlavə edilib qarışdırılır.Sonra xəmir siniyə yayılır üstünə cem çəkilir +əvvəlcədən umacdan bir ovuc götürürük ki cemi çəkəndən sonra üstünə səpək.180°də 30-35 deq bişirilir.Sınayanlara nuş olsun😍
@sevdiyim_dadlar
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
 17 августа 2019 г.
Gavalıcemi 16 августа 2019 г.
🌷🌷GAVALI CEMİ🌷🌷
SABAHINIZ XEYİR əziz izləyicilərim bu gün sizinlə piroqlarda,ruletlərdə,seher yeməyində istifadə edə biləciyiniz çox dadlı gavalı ceminin reseptini paylaşacam.Fərqli üsullarla hazırlana bilər.Bu gün 2 üsulunu yazacam.
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@sevdiyim_dadlar
@sevdiyim_dadlar
1)üsul-Gavalılar yuyulur tumu çıxardılıb ət çəkən maşından keçirilir sonra şəkər tozunu əlavə edib suyu çəkilənə qeder bişirilir.Mən paylaşdığım şəkil bu üsulla bişib.
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
2)üsul-Gavalılar yuyulur tumu çıxardılır üzərinə 0.5 st su əlavə edilib 30 deqiqə qaynadılır ,sonra, götürüb aşsüzəndən keçirilir üzərinə şəkər tozu əlavə edilib cem halına gələnə qeder qaynadılır.
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
2 kq tumu çıxarılmış gavalıya 1 kq şəkər tozu gedir.
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
FİKİRLƏRİNİZİ BÖLÜŞSƏZ VƏ YA
 SİZ  HANSI ÜSÜLLA ETDİYİNİZİ YAZSAZ  SEVİNƏRƏM😊😊😊
 16 августа 2019 г.
Kakoslu kətənin içliyi
 14 августа 2019 г.
🌷KAKOSLU KƏTƏ🌷
Axşamınız xeyir əziz izləyicilərim bu gün sizinlə çox dadlı yumşaq,ağızda dağılan fərqli kətə resepti paylaşım dedim.Bişirsəniz heçdə peşman olmazsınız.Fikirlərinizi bölüşməyi unutmayın😊😊😊
@sevdiyim_dadlar
@sevdiyim_dadlar
🌷🌷🌷Xəmiri:
200 qr yağ(əridilmiş) 
1 st qatıq
2 yumurta ağı(sarılar üzərinə)
1 dolu x/q pesoq
1ç/q soda
Vanil
Aparana qeder un
🌷🌷🌷İçlik:
1 st kakos
1 st pesoq
1 st un
100 qr k/yağı
🌷🌷🌷Hazırlanması:
Qaba ilıq yağı,şəkər tozunu,yumurta ağını və qatığa sodanı qatıb köpürdüb yaxşı qarışdırırıqki pesoq ərisin sonra unu vanili qatıb yumşaq ələ yapışmayan xəmir yoğururuq.İçliyi hazırlayana qeder xəmir soyuducuda dincəlir.İçliyə gedən ərzaqları(yağdan başqa)qabda qarışdırıb yağı əridib ilıq şəkildə qatıb umac edirik.
🌷🌷🌷Xəmirdən 2 kündə tutub nə nazik  nədə qalın olmamaq şərtilə yayıb içliyimizdən əlavə edib rulet şəklində büküb forma verib üzərini yumurtalayıb 180°-190° də üstü qızarana qeder bişiririk.Hazırlayacaq olanlara nuş olsun😍😍😍
 14 августа 2019 г.
💜ANJELİKA PİROJNASI💜 💜SİNEJOK💜
Sabahınız xeyir bu gün çox dadlı yupyumşaq anjelika pirojnasının reseptini paylaşım dedim.Yeqinki fikirlərinizi bölüşərsiz mənim səmimi izləyicilərim.😊😊😊
@sevdiyim_dadlar
@sevdiyim_dadlar
🌷🌷🌷xəmiri:
5 yumurta
1.5 st pesoq
1ədəd xama(qatıqla əvəz edilə bilər)
150 qr yağ(əridilmiş)
Vanil,qabartma
2-2.5 st un
🌷🌷🌷Krem:
1ədəd malako
250 qr yağ
Vanil
🌷🌷🌷Yağ ağarana qeder çalınır sonra malako,vanil əlavə edilir.10-15 deqiqə təktərkibli kütlə alınana qeder çalınır.
🌷🌷🌷Hazırlanması:
Yumurta ilə pesoq yaxşı çalınır arxasıyca yerdə qalan ərzaqlar qatılıb xəmir düzəldilir.yağlı kağız sərilmiş siniyə əlavə edilib 180°də 15-20 deq bişirilir.Soyuduqdan sonra stəkanın ağzı ilə biskivitdən formalar kəsib,qırağınnan çıxan ovuntuları umac edirik.Kəsdiyimiz formaların arasını,üstünü kremləyib sonra umaca batırıb yığırıq.Və hazırdır 2 -3 saatdan sonra nuş edə bilərsiz.İstəyə görə arasını kremləyəndə qoz qırıntılarınnanda istifadə edə bilərsiz.
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
 13 августа 2019 г.
🌷🌷ÜÇ BACI🌷🌷
Salam dəyərli izləyicilərim bu gün öz üsulumla bişirdiyim 3bacı dolmasının reseptini paylaşıram.Şəkildə gördüyünüz  bu yazdığlarım əsasında ortaya çıxan yeməkdir😊.Qiymənin miqdarına əsasən ərzaqları artırıb azalda bilərsiz.Fikirlərinizi bölüşsəz çox sevinərəm😊😊😊
@sevdiyim_dadlar
@sevdiyim_dadlar
🍅🍅🍅İçlik:
500 qr qiymə
 quyruq
2 ədəd soğan
2 ədəd bolqar bibər
1 ədəd pomidor(qabığı soyulmuş)
Acı bibər(zövqə görə)
 Yarım dəstə cəfəri
 Reyhan
1ç/q nanə qurusu
0.5 st yumru düyü
Duz,istiot
🍅🍅🍅🍅🍅🍅
Badımcan
Bolqar bibər
Pomidor
🍅🍅🍅Hazırlanması:
Tavaya 1 x/q  kərə yağı əlavə edib soğanı,xırda doğranmış bolqar bibəri və zövqə görə acı bibəri əlavə edib 10 deqiqə qovururuq. arxasıyca qiyməmizi,quyruğu əlavə edib 10 deqiqə yenə qovururuq sonra pomidoru ,quru nanəni duzu,  istiotu əlavə edirik.yağa düşdüyünü görəndə götürüb cəfəri və reyhanı xırda-xırda doğrayıb əlavə edib qarışdırırıq.
Badımcanı əlimizin altında əzib ortasına bıcağla açıb içinin tumunu yuyuruq.sonra qaynayan duzlu suda 5 deqiqə çevirərək saxladıqdan sonra sıxıb içliyimizi əlavə edib qazana yığırıq.Həmin qaynayan duzlu suya bolqar bibərləridə atıb 5 deqiqə gözlədib sonra içliyimizi əlavə edib qazana yığırıq,pomidorlarında içini çıxardım içliyimizdən qoyub vam xodda yeməyimizi bişiririk.
 12 августа 2019 г.
🍩Cemli qurabiyə🍩
@sevdiyim_dadlar
🍩🍩🍩Xəmiri:
2 yumurta
1 st pesoq
150 qr yağ
2x/q xama
Vanil,qabartma
Un apardığı qeder.
 11 августа 2019 г.
🍲MƏRCİMƏK ŞORBASI🍲
Ən sevdiyim dadlardan biridə mərcimək şorbasıdı.Müxtəlif formada bişirmə üsulları var.Mən özüm necə edirəm o resepti paylaşacam əziz izləyicilərim.Çox dadlı olur.
1 st qırmızı mərcimək
6 st su
🍲🍲🍲🍲🍲
Yağ
1ədəd soğan
1ədəd bolqar bibər
1ədəd kök
1ədəd pomidor
1 ədəd kartof
1ç/q nanə qurusu
1ədəd dəfnə yarpağı
1ç/q tomat pastası
Duz,istiot zövqə görə
Yarım destə cəfəri
🍲🍲🍲🍲🍲🍲🍲🍲
@sevdiyim_dadlar
@sevdiyim_dadlar
🍲🍲🍲🍲🍲🍲🍲
Hazırlanması:
Mərciməyi yuyub süzüb qazana əlavə edib qaynamağa qoyuruq.Başqa bir tavada yağ soğan edib yerdə qalan ərzaqları sırasıyla əlavə edib  edib qarışdırıb çox az qovururuq.Mərciməyin bişməyinə az qalmış tavadaki kütləni qazana əlavə edib qarışdırıb yarım saat qaynamağa qoyuruq.sonra blendr vasitəsi əzib,cəfərisini əlavə edib 10 deqiqə sonra nuş edirik.
🍲🍲🍲🍲🍲🍲🍲🍲🍲🍲
 10 августа 2019 г.
🌮Qəlyanaltı🌮
Lavaş(fətir)
@sevdiyim_dadlar
@sevdiyim_dadlar
🌮🌮🌮İçlik:
300 qr qiymə
1ədəd soğan
1ədəd bolqar bibər
1ədəd pomidor
Duz,istiot
Yağ
Yağda soğanı qovurub arxasıyıca bibəri,qiyməni ən sonda pomidoru əlavə edib içliyimizi hazır edirik.Fətirləri uzun zolaqlar şəklində kəsib qiymədən qoyub üçbucaq şəklində büküb duru yağda qızardırıq.
 10 августа 2019 г.
🍆🍆Badımcan ruleti🍆🍆
@sevdiyim_dadlar
@sevdiyim_dadlar
Badımcan
🍆İçlikçün:
Toyuğun döş əti
Qoz
Sarımsaq
Cəfəri və ya şüyüd
Mayonez
Duz, istiot
 9 августа 2019 г.

Подпишись на наши уведомления

Вступай в сообщество пользователей с самыми свежими новостями из всех социальных сетей!